Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada maraqlı siqaret qadağası

ABŞ-da elektron siqaretlər qadağan olunur. Hələlik bu qadağanı tətbiq edən ilk şəhər San-Fransisko olub.

Bizimyol.info xəbər verir ki, elektron siqaretlərin əhalinin sağlamlığına təsiri ilə bağlı araşdırmalar başa çatana qədər qadağa davam edəcək.

Qadağalar Amerikanın ərzaq və tibbi ləvazimatların keyfiyyətinə sanitar nəzarət idarəsindən təhlükəsizlik sertifikatı almayanlara aiddir. Hazırda elektron siqaret istehsal edən heç bir şirkətin belə bir sertifikatı yoxdur.

San-Fransisko şəhər Şurası da iyunun 25-də elektron siqaretlərin satışına qadağa tətbiqinə səs verib. Qadağa adi mağazalarla yanaşı, San-Fransiskodakı müştərilərinə elektron siqaret çatdıran online şirkətlərə də aiddir.

ABŞ-ın ən böyük elektron siqaret istehsalçılarından biri olan “Juul Labs” şirkəti San-Fransiskoda yerləşir. Şirkət iddia edir ki, bu qadağa istifadəçiləri ənənəvi siqaretə qayıtmağa təhrik edəcək, həmçinin şəhərdə elektron siqaret satışıyla bağlı “qara bazarın” formalaşmasına rəvac verəcək.

Son xəbərlər
Bütün xəbərlər »