Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlərdən möhtəşəm yenilik: Diş yetişdiriləcək

Elm həm də insan həyatını yaxşılaşdırmağa, sağlamlığa daha çox fayda verməyə çalışır. Bundan sonra təkcə uşaqların yox, böyüklərin də yeni dişləri çıxa biləcək.

Bizimyol.info xəbər verir ki, alimlər diş yetişdirməyin yolunu tapıblar. Rus-yapon alimlər qrupu yeni dişlərin çıxma ehtimalından danışır.

Uzaq Şərq Federal Universitetinin biotəbabət məktəbinin əsas təbabət idarəsindən olan elm adamları embrion dişlərinin yerləşdiyi dövrdə baş verən prosesləri araşdırıblar. Tədqiqat zamanı bir emal orqanının formalaşmasında iştirak edən bir neçə növ hüceyrə tapıblar. Onlardan biri - xromofob hüceyrələri embrionun ilk həftələrində dişlərin inkişafı üçün məsuliyyət daşıyır.

Biotəbabət məktəbinin elmi işçisi İvan Reva deyir ki, tapılan hüceyrələr eyni implant dişləri yaratmaq üçün çatışmayan halqa ola bilər. Yeni dişlərin yetişdirilməsi tibb elmində inqilabi hadisə sayılır.

Son xəbərlər
Bütün xəbərlər »