Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qocalıq nə zaman başlayır?
Rusiyada belə qəbul edilib ki, 55 və ya 60 yaşdan sonra insanı qoca hesab etmək olar. Amma insanın özünü qiymətləndirməsi də vacibdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Neft–Kimya Prosesləri İnstitutunun saytında  xəbər verilir ki, bir neçə il əvvəl ingilis sosioloqları bununla bağlı Avropa ölkələrində 40 min insan arasında sorğu aparıblar. Qiymətləndirmələr bir-birindən kəskin fərqlənib. Gənclər (15-24 yaşlı) hesab ediblər ki, cavanlıq orta hesabla 28 yaşda qurtarır, qocalıq isə 54 yaşda başlayır. Yaşı 80-dən yuxarı adamlar isə gəncliyin başa çatmasını 42 yaş, qocalığın başlamasını 67 yaş hesab ediblər. Məsələn, Portuqaliyada cavanlıq 29 yaşda başa çatır, qocalıq 51 yaşda başlayır.

Fransa üzrə məlumat göstərir ki, 1900-cü ildə fransızlar 58,4 yaşında qocalırdılar. Ölkədə 1956-cı ildə qocalıq yaş həddi 65, 2012-ci ildə 74,6 ilə çatıb. Sorğu göstərir ki, uşaqlar və yeniyetmələr 46, gənclər 56 yaşını keçənləri, yaşlı adamlar isə 77-dən yuxarı yaşda olanları qoca sayırlar. Qocalığın əsas əlamətini fransızların 26 faizi təqaüdlə, 22 faizi isə ən hit mahnıları ardıcıl saya bilməməklə bağlayır. Fransızların 18 faizi isə qocalığı qırışların əmələ gəlməsi və saçların ağarması ilə əlaqələndirir.

Son xəbərlər
Bütün xəbərlər »