Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtkin düşən 5 yaşlı uşaqla bağlı son məlumat
Quba rayonunda itkin düşən azyaşlının axtarışları davam etdirilir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, avqustun 28-də Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunub.

Quba rayon Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, axtarışlara xüsusi təlim görən itlər də cəlb edilib.

Uşağın atası Namiq Əliyev bildirib ki, oğlu avqustun 28-də, təxminən 17:00 radələrində itkin düşüb. Yaxınlarının xınayaxdı mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxıb. Onun kameralara düşən son görüntüsündən meşə istiqamətinə hərəkət etdiyi görünür.

Hazırda axtarışlar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »