Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlının İspaniyada 2 milyonluq saatı oğurlandı - məmur oğlu olduğu deyilir

İspaniyanın İbiza adasında istirahət edən 22 yaşlı azərbaycanlı turist qarət olunub. Onun 1 milyon 150 min avro (təxminən 2 milyon 200 min manat) dəyərində saatı oğurlanıb. Bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, hadisə gündüz saatlarında dəniz sahilində baş verib. Həmin vaxt saatın sahibi sahildə gəzirmiş. Cinayətkar öncə ona bir neçə zərbə endirib, daha sonra “Richard Mille 50-03 McLaren F1” markalı saatı götürüb qaçıb.

Azərbaycanlının İspaniyada oğurlanan saatı

Zərərçəkmiş azərbaycanlı dərhal hadisə barədə polisə məlumat verib. Cinayəti törədən şəxsin təxminən 30 yaşlarında olduğu bildirilir. Zərəçəkmişin üzərində, xüsusən əllərində xəsarət izləri var.

“Richard Mille” saatları dünyanın ən bahalı saatlarından bir sayılır. Onlar əsasən yüngül olmasıyla fərqlənir – saatın kəməri ilə birlikdə çəkisi 40 qramdan da az olur. Mexanizmi titandan hazırlanan bu saatlar məhdud tirajla istehsal olunub – cəmi 75 ədəd.

Amma ispan polisi də, Britaniya mediası da sözügedən azərbaycanlının kimliyini açıqlamayıb.

***

"Bizimyol.info"nun əldə etdiyi məlumata görə, saatın sahibi  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğlu, 1997-ci il təvəllüdlü Sübhan Məmmədlidir.

22 yaşlı Sübhan Londondakı King’s College-də təhsil alıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir.

Son xəbərlər
Bütün xəbərlər »