Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Wikipedia"da problem yaranıb

Dünyanın bir sıra ölkələrində "Wikipedia"nın fəaliyyətində problem yaranıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini müşahidə edən "Downdetector" xidməti məlumat yayıb.

Qeyd edilir ki, "Wikipedia"nın işində problem ABŞ-ın şərq sahilində, yerli vaxtla saat 08:38-də qeydə alınıb. Bu internet resursun fəaliyyətində ABŞ-la yanaşı, Böyük Britaniya, Danimarka, Almaniya, Rusiya və digər Avropa ölkələrində problemlər müşahidə edilir. Qeyd edək ki, Azərbaycanda da "Wikipedia"ya daxil olmaq çətinləşib.

Son xəbərlər
Bütün xəbərlər »