Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sərnişin təyyarəsi qəza enişi edib - Video
Qəzasında 2 nəfər ölüb, 7-si yaralanıb

Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub, 7 nəfər xəsarət alıb.

Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib.

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.

Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş. Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.

Son xəbərlər
Bütün xəbərlər »