Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Lənkəranda 16 yaşlı yeniyetmə ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Separadi kəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev kəndlərindəki istifadəsiz çay fabrikinin binasında yoldaşları ilə oynayarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Lənkəran rayon Mərkəzi Xəstəxananasına çatdırılan E.Ağayevə qapalı kəllə-beyin travması və sol çənə hahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »