Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın dövlət borcu tarixi rekorda doğru gedir

Büdcə İdarəsi qanunvericiliyə dəyişiklik edilməsindən ehtiyatlanır

ABŞ-ın dövlət borcu 2049-cu ilədək ÜDM-in 144%-i həcmində artaraq ölkə tarixində ən yüksək səviyyəyə qalxacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin məruzəsində deyilir.

Sənədə görə, 2019-cu il üçün Amerikanın dövlət borcu ÜDM-in 78%-ni təşkil edir. 2029-cu ildə bu rəqəm 92%-ə çatacaq. Onun yaxın illərdəki əhəmiyyətli artımı büdcə kəsiri və hazırki qanunvericiliyin normaları ilə bağlı olacaq.

Borcun artmaması üçün Büdcə İdarəsi qanunlara dəyişikliklər etməyi təklif edir. Ancaq eyni zamanda ehtiyatlı olmağı da məsləhət bilir: məsələn, əgər hökumət vergi siyasəti və dövlət xərcləri proqramlarına edilmiş dəyişiklikləri ləğv etsə, o zaman borc 2049-cu ildə ÜDM-in 144%-i deyil, 219%-i həcmində artacaq.

Bu ilin fevralında ABŞ-ın dövlət borcu tarixi maksimumuna - 22,012 trilyon dollara - çatmışdı. "USA Today" qəzeti qeyd etmişdi ki, borc Donald Trampın prezidentliyi dövründə, xüsusilə onun vergi islahatları ilə əlaqədar olaraq daha sürətli templə artır.

Son xəbərlər
Bütün xəbərlər »