Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zəncirvari qəza - Azərbaycan vətəndaşları ağır yaralandılar
Türkiyədə zəncirvari qəza nəticəsində 2 Azərbaycan vətəndaşı ağır yaralanıb.

Oxu.Az-ın alanyapostasi.com.tr-yə istinadən verdiyi məlumata görə, hadisə Antalya-Alanya magistral yolunda baş verib.

Belə ki, Manavqat şəhərindən Alanya istiqamətində hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirib və yolun ortasındakı maneəni aşaraq qarşı tərəfə çıxıb. Bu zaman Alanyadan gələn digər 2 avtomobillə toqquşub.

Qəza nəticəsində iki Azərbaycan vətəndaşı - Leyla və Ziya Səfərovlar daxil olmaqla, dörd nəfər ağır xəsarət alıb. Ziya Səfərovun ayağını sındırdığı bildirilir. Yaralılardan biri - Adem Çolakoğlu tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib. Həyatının təhlükə altında olduğu bildirilən Leyla Səfərova əməliyyat olunacaq. Qəza nəticəsində magistral yolda tıxac yaranıb.

Son xəbərlər
Bütün xəbərlər »