Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
12 nəfər keyfiyyətsiz dönərdən zəhərlənib

İyunun 25-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, "Maşın bazarı" adlanan ərazidə satılan dönərdən baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, qeyd olunan ərazidə vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus dönər satışı məntəqəsindən dönər alıb qidalanan 12 nəfər şəxsdə bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və zəhərlənmənin konkret səbəblərini müəyyənləşdirmək üçün nümunələr aidiyyəti üzrə laboratoriyaya göndərilib.

İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar və emal sahəsində qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması olub.

Son xəbərlər
Bütün xəbərlər »