Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbçi qadın tribunala verilsə də, hicabını açmadı

Cənubi Afrika Respublikasında müsəlman qadın hicabını çıxarmaqdan imtina etdiyi üçün hərbi tribunal qarşısına çıxacaq.

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, Cənubi Afrika Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə hərbi xidmət keçmiş mayor müsəlman qadın Keyptaunun 2 nömrəli hərbi xəstəxanasında patoloq-anotom kimi çalışır. Həmin 10 il ərzində qadın hərbi forma ilə birgə hicab da bağlayıb; baş örtüyü asanlıqla uniforma papağının altına yerləşdirilib, geyimin yaxalığı aydın görünüb və üniforma üzərində hər hansı bir ordu rəmzinin üzəri örtülməyib.

Qadının vəkili Nazımə Məhəmmədin sözlərinə görə, son vaxtlara qədər müsəlman zabit qadın hicab bağlaması ilə bağlı heç bir problemlə üzləşməyib. Lakin indi yüksək çinli zabitlər nədənsə mövqelərini dəyişiblər və hərbçi xanımdan hicabın çıxarılmasını tələb edirlər. Və bu əmri yerinə yetirməkdən imtina etdiyi üçün o, hərbi tribunala verilib.

Son xəbərlər
Bütün xəbərlər »