Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın partiyası AŞPA-da Rusiyanın əleyhinə səs verib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın səsvermə hüququnu məhdudlaşdırmadan onun parlament assambleyasının işinə qayıtmağa imkan verən sanksiya mexanizminin dəyişdirilməsi barədə qərar qəbul edib. 118 deputat qətnamənin leyhinə, 62 əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə, Slovakiya, Serbiya, Portuqaliya, Norveç, İtaliya, İspaniya, İslandiya, Fransa, Azərbaycan və Avstriya nümayəndə heyətləri tam olaraq (yekdilliklə) Rusiyanın AŞPA-ya qayıtmasına səs veriblər.

Hollandiya, Moldova, Çexiya, İsveçrə və Almaniyadan olan nümayəndə heyətlərinin əksəriyyəti də Rusiyanın qayıtması üçün səs veriblər.

İsveç, Böyük Britaniya, Gürcüstan, Latviya, Polşa, Estoniya və Litva nümayəndə heyətinin əksər üzvləri Rusiyanın əleyhinə səs veriblər.

Ukrayna tam tərkibdə əleyhinə səs verib.

Ermənistanın 4 deputatdan ibarət nümayəndə heyətinə gəldikdə, müxalifət fraksiyalarının nümayəndələri Naira Zohrabyan ("Çiçəklənən Ermənistan") və Edmon Marukyan ("Parlaq Ermənistan") Rusiyanın AŞPA-ya qayıtması üçün səs veriblər, lakin "Mənim adımım" hakim partiyasından olan iki deputat, Rusiyanın AŞPA-ya qayıtmasına icazə verən qətnamənin əleyhinə səs veriblər. Beləliklə, Ermənistan Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Ruben Rubinyan qətnamənin qəbul edilməsinə qarşı səs verib, deputat Hovannes İgitiyan isə, ümumiyyətlə səsvermədə iştirak etməyib.

Rubinyan səsvermə ilə bağlı şərh verməkdən imtina edib.

Rusiya mətbuatı erməni hakim partiya üzvlərinin bu hərəkətini xüsusi əsəbiliklə qeyd edib və bu şəxslərin Soros fondunun xətti ilə Ukrayna və Gürcüstanla işbirliyində olduqlarını vurğulayıb.

Deputat Rubinyan əsil erməni hiyləgərliyi və ikiüzlülüyü ilə sonra bildirib ki, səhvən başqa düyməni basıb.

Son xəbərlər
Bütün xəbərlər »