Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
308 qoyununu ildırım vuran sahibkar : “Belim qırıldı”- VİDEO
Qəbələ sakini ildırım vuran 308 qoyunun ölümünə aydınlıq gətirib.

Qoyunların sahibi Qəbələ rayonu Laza kənd sakini İsmayılov Həsrəd AzNews.az-a açıqlamasında hər şeyin bir anın içində baş verdiyini bildirib:

“Mən illərdir ki, təsərrüfatla məşğulam. Qoyunlar qazanc, çörək yerim idi. Qurban olduğum bu təsərrüfatı mənə verdiyi kimi bir gündə də aldı. Həmin günü ildırım çaxırdı. Birdən şüşə partlayan kimi səs gəldi. Elə o anda 308 baş qoyun bir anın içində leş oldu. Mənimlə qoyunların arasında 15 metr məsafə vardı. Çobanlar da məimlə idi. 15 dəqiqə şokda olduq. Bizim yerimiz quru idi, ona görə bizə təsir etməmişdi. Ayılanda baxdım ki, bir qoyun qalmayıb. 1983-cü ildən bu günə kimi olan əziyyətim bir anın içində getdi. Düzdür, qoyunlarım qalıb, qalmasaydı ondan yaxşıdır. Qolum sındı, belim qırıldı. Mən nə yeyəcəm?”

İsmayılov Həsrət vurğulayıb ki, qoyunların leşi elə dağlarda qalıb: “Kimə lazımıdır? Çökək yerə yumalayıb quzğunlara buraxdıq. Məsələ ilə bağlı rayon icra hakimiyyətinə məlumat verilib və hadisə yerinə baxış keçirilib. Amma hələlik bir irəlləyiş yoxdur. Xalqa müraciət edirəm, mənə dəstək olun. Dövlət və onun sahibkarları imkan yaratsın ki, bu təsərrüfatı yenidən qura bilək.”

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
Son xəbərlər
Bütün xəbərlər »