Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minsk-2019: Azərbaycanlı boksçu 1/4 finala yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, “Uruçye Arena”nın rinqinə öncə 60 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular çıxıb.

Dəri əlcək sahibləri 1/8 final mərhələsində qüvvələrini sınayıblar. Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev də növbəti döyüşünü keçirib. Dünya çempionumuz Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finala yüksəlib.

C.Çələbiyev 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. Boksçumuz Cordan Rodriges (Fransa) qalib gəlin Otar Eranosyanla (Gürcüstan) görüşəcək.

Qeyd edək ki, C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.

Son xəbərlər
Bütün xəbərlər »