Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şirməmməd Hüseynovla vida mərasimi keçirilir - Foto

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Sirmemmed Huseynov nd_anim_250619_04

"Report"un məlumatına görə, vida mərasimi ilə bağlı universitetin əsas binasının dəhlizlərindən qara və yaşıl parçalar asılıb.

Vida mərasiminin keçirildiyi akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngi düzülüb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Sirmemmed Huseynov t anim_250619_03

Mərasimdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Ombudsman Elmira Süleymanova, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »