Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
160 illik tarixə malik zavod böyük zərərdədir - Foto

Məşhur "Xan" araqlarının istehsalçısı və ən böyük spirt istehsalçısı “Göygöl Şərab Zavodu” ASC 2018-ci ili 6 milyon 479 min manat zərər ilə başa vurub. 2017-ci illə müqayisədə ötən il ASC-nin zərəri 1 milyon 463 min manat və ya 29% artıb. Zərərin səbəbi xərclərin gələriləri üstələməsi və fövqəladə xərclərdir.

“Marja” ASC-nin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ötən il “Göygöl Şərab Zavodu”nun əsas əməliyyat gəlirləri 2,6 dəfə artaraq 10 milyon 236 min manat təşkil edib. Eyni zamanda, icarədən 102 min manat gəlir əldə edilib. ASC-nin ümumi əməliyyat gəlirləri 10 milyon 338 min manat təşkil edib.

2017-ci illə müqayisədə 2018-ci ildə əməliyyat xərcləri isə 30% artaraq 11 milyon 688 min manata yüksəlib. Xərclər gəlirləri üstələdiyindən 1 milyon 350 min manat əməliyyat zərəri yaranıb.

Eymi zamanda, ötən il “Göygöl Şərab Zavodu”nun 5 milyon 239 min manat fövqəladə xərcləri yaranıb. Bu xərclər daxil zərər 6 milyon 479 min manata yüksəlib. Fövqəladə xərclərin nədən ibarət olduğu hesabatda açıqlanmayıb.

“Göygöl Şərab Zavodu” ASC Azərbaycanın 160 ilə yaxın tarixə malik şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir.

“Göygöl Şərab Zavodu” məhsullarını "Xan" ticarət nişanı ilə istehsal edir. Həmçinin, “Göygöl Şәrab Zavodu” Azərbaycanın ən böyük spirt zavodudur.

Göygöl şərab zavodu

Son xəbərlər
Bütün xəbərlər »