Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-nin dağılması atmosferə zərəri kəskin azaldıb

Almaniya, Avstriya, Belçika, Rusiya və ABŞ-dan olan alimlər qrupunun fikrincə, SSRİ ətraf mühitə çox ziyan vururmuş. Alimlər imperiyanın dağılmasından sonra atmosferə dəyən zərərin azaldığını düşünürlər.

Bizimyol.info xəbər verir ki, qrupun araşdırması “Environmental Research Letters” jurnalında dərc olunub. Araşdırmaya görə, 1992-2011-ci illərdə kənd təsərrüfatında parnik qazlarının atmosferdə həcmi 7,61 milyard ton azalıb. Söhbət daha çox Rusiya və Qazaxıstandakı təsərrüfatlardan gedir. Aqrar inkişaf institutunun nümayəndəsi Florian Şirxorn deyir ki, SSRİ dağılandan sonra ümumi planlamadan bazar iqtisadiyyatına keçid bölgənin kənd təsərrüfatı və ərzaq sistemində ciddi nəticələrə səbəb oldu. Qiymətlərin artması və alıcılıq qabiliyyətinin aşağı düşməsi xüsusilə mal ətinin istehlakını azaltdı.

Müəlliflər qeyd edir ki, Belojevsk müqaviləsindən (1991-ci ilin dekabrı) sonra keçmiş SSRİ ərazisində mal-qara və donuz sayı təxminən iki dəfə azalıb. Alimlər hələ də bölgədə kənd təsərrüfatı istehsalının tam bərpa olunmadığını düşünürlər. Boşluq əsasən Cənubi Amerikadan qırmızı ət gətirilməklə doldurulur.

Son 200 ildə insan fəaliyyəti atmosferdəki zərərli qazların həcminin 600 milyard ton artırıb.

Son xəbərlər
Bütün xəbərlər »