Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan seçkilərə görə sabah iclas keçirəcək

AKP İstanbul Böyükşəhər bələdiyyə sədrliyi seçkisini dəyərləndirmək üçün sabah prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə toplantı keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi İdarəetmə Qurumunun iclası Türkiyə vaxtı ilə saat 14:00-da başlayacaq.

Bundan başqa, Ərdoğan sabah Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyasının qrup toplantısına qatılacaq. Hər iki iclasda dünən baş tutan seçkilərin nəticələri müzakirə olunacaq.

Toplantıda Məclisə təqdim ediləcək islahatlar paketi ilə bağlı qanuni tənzimləmə məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, dünənki səsvermədə CHP-li namizəd Əkrəm İmamoğlu qələbə qazanıb. AKP-li Binəli Yıldırım isə 44, 99% səslə ikinci olub.

Son xəbərlər
Bütün xəbərlər »