Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı ilk açıqlama

ABŞ-ın Ankaradakı səfirliyi iyunun 23-də keçirilən İstanbulun bələdiyyə sədri seçkiləri ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, Ali Seçki Komissiyasının (YSK) qeyri-rəsmi nəticələrinə əsasən, CHP-li namizəd Əkrəm İmamoğlunun qələbəsi elan olunduqdan sonra səfirliyin Tvitter səhifəsində bu mesaj yayımlanıb:

Əkrəm İmamoğlu Əkrəm İmamoğlu

“Avropanın ən böyük şəhərini idarə edəcək Əkrəm İmamoğluna xoş arzularımızı çatdırırıq. İstanbullular təşəbbüskar demokratiya nümunəsi sərgilədilər və səs verib səslərini eşitdirmək üçün sandığa getdilər”.

Xatırladaq ki, YSK-nın qeyri-rəsmi nəticələrinə əsasən, İmamoğlu 54,21 % səslə İstanbulun bələdiyyə sədri seçilib. Onun rəqibi – AKP-li Binəli Yıldırım isə 44,99% səs toplayaraq səsverməni uduzub.

Son xəbərlər
Bütün xəbərlər »