Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə riyaziyyat müəllimi çatışmır

Ümumrusiya xalq cəbhəsi ekspertləri “Milli təhsil resursları” təşkilatı ilə birlikdə Rusiya məktəblərində hansı fənlər üzrə müəllimlərin çatmadığını müəyyənləşdiriblər. Qonşu ölkənin təhsil ocaqlarında ən çox riyaziyyat müəllimi qıtlığı yaşanır.

Bizimyol.info xəbər verir ki, bu ixtisasla pedaqoqların çatışmadığı haqda respondentlərin 34 faizi danışıb. Fikrini bildirənlərin 32 faizi xarici dili müəllimlərinin olmamasından gileylənib. Hər dörd nəfərdən biri rus dili müəllimi çatışmamasını dilə gətirib. İbtidai sinif və fizika müəllimləri də azdır (24 və 18 faiz).

Sorğu göstərib ki, Rusiya məktəblərində işləyən müəllimlərin 18 faizi işdən getməyi düşünür. Əksəriyyət bunu maaş azlığı ilə əlaqələndirir. Dərs yükünün çoxluğundan, məktəb rəhbərliyi, valideynlər ilə problemlərə görə getmək istəyənlər də çoxdur.

Fevralda Rusiya prezidenti Vladimir Putin 2020-ci ildən yeni proqramın işə düşəcəyindən xəbər vermişdi. Ucqar kəndlərdə, çox kiçik şəhərlərdə işləməyə gedən müəllimlərə birdəfəlik 1 milyon ribl (təxminən 15 min dollar) veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »