Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Rusiya OPEC+ çərçivəsində məsləhətləşmələr aparıb

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda 6-cı Gənclər Forumu çərçivəsində Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığının elektroenergetika və neft-qaz istiqamətləri üzrə məsələlər müzakirə edilib.

Bundan başqa, görüşdə OPEC+ əməkdaşlıq formatı çərçivəsində məsləhətləşmələr aparılıb.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Bu yaxınlarda tərəflərin Vyanada növbəti görüşü keçiriləcək. Görüş zamanı tərəflər OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadıb ya uzadılmaması barəsində bir qərara gəlməlidirlər

Son xəbərlər
Bütün xəbərlər »