Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"X-Lady"də yangından sonrakı vəziyyət: Dövlət orqanları araşdırır - Fotolar

Xəbər verdiyimiz kimi dünən Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində yanğın hadisəsi baş verib. Yanğın dərhal söndürülsə də ticarət mərkəzinə xeyli miqdarda maddi ziyan dəyib.

Əməkdaşımız bu gün adıçəkilən ticarət mərkəzində ("X-Lady" və "İzabel") olub. Ticarət mərkəzindən bildirilib ki, artıq aidiyyatı dövlət qurumlarına mühüm olan məlumatlar verilib, hadisə artıq onlar tərəfindən araşdırılır və eləcə də dəymiş ziyan müəyyənləşdirilir.

x-lady _n

Qeyd edək ki, ticarət mərkəzində olarkən polis əməkdaşları da orada olublar və onlar ərazidə müşahidələr aparıblar.

x-lady 2 _n

Əməkdaşımızın çəkdiyi fotoşəkilləri oxucularımıza təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »