Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona”nın daha bir ulduzu geri qayıtmaq istəyir

“Barselona” “Real”dan fərqli olaraq böyük transferlər həyata keçirə bilmir. Antuan Qrizmannın keçidi hələ baş tutmayıb. Neymar qayıtmaq istəyir, amma bu məsələ də asan həll olunan deyil.

Bizimyol.info xəbər verir ki, Neymardan başqa daha bir ulduz “Barselona”ya dönmək istədiyini söyləyib. Dani Alves yenə Kataloniya klubunda oynamağı arzulayır. “Barselona” isə braziliyalı futbolçunu geri qaytarmaqda maraqlı deyil.

Neymar Neymar

Nəzərə alaq ki, İspaniya nəhəngi yaşlı oyunçuları heyətə cəlb etməyə meyl göstərmir. Dani Alvesin indi 36 yaşı var.

Braziliyalı “Barselona”nı 2016-cı ildə tərk etmişdi. Müdafiəçi onda “Yuventus”a üz tutmuşdu. İtaliyada cəmi bir il keçirən Dani Alves sonradan PSJ-yə keçmişdi. Amma o, Paris klubundan da getmək istədiyini bildirib.

Dani Alves 8 il “Barselona”da oynayıb. Bu müddətdə 247 oyun keçirib, 14 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »