Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya haqda inanılmaz faktlar: "Hətta qadınlar da bunda iştirak edir"

Şimali Koreyada kölgə iqtisadiyyatı zəngin insanlar qatını yaradıb. Almaniyanın “Die Welt” nəşri bu haqda yazı hazırlayıb. Yazıda bildirilir ki, həmin adamlar narkotik maddələr satır, qaçaqmalçılıqla məşğul olur, polisləri satın alırlar.

Bizimyol.info xəbər verir ki, Almaniya qəzetinin məqaləsində Kim Çen İrin anasının doğulduğu Xveryon şəhərində böyüklərin 80 faizinin narkotik maddələrdən istifadə etdiyi yazılıb. Jurnalist Torsten Krauel əvvəllər bu şəhərdə yaşamış Kan ilə söhbət etməyə imkan tapıb. Kan metamfetaminin sayəsində varlanıb. O deyir ki, narkotikin gücü Kim Çen Ina sadiqlik andından da yüksəkdə dayanır. Kan yerli polis rəisini az qala hər gün görürmüş. Çünki həmin adam Kanın ən yaxşı müştərilərindən imiş.

Kan Şimali Koreyadan qaçmış adamların yaxınlarına pul göndərməsinə də yardım edirmiş. Onun aylıq qazancı 3-5 min dollara çatırmış. Yəni orta əməkhaqqından 100 dəfə çox qazanırmış. Nəşr yazır ki, Kan indi Cənubi Koreyada yaşayır.

“Kim Çen Inın ölkəsi mafiya dövlətinə çevrilir. Dövlət partiyası, dövlət təhlükəsizliyi, ordu, müəllimlər, sərhədçilər, merlər, polislər – hamısı pulu və əlaqələri olan adamların əlindədir”, - Krauel belə qeyd edib.

Xanxın şəhərinin kimya kombinatında alimlər, mühəndislər metamfetamin istehsalında iştirak edirlər. Polislər yolda yük maşınlarını saxlayıb sürücülərdən ev tapşırığını edib-etməməsini soruşurlar. Yəni rüşvət üçün yetərincə pulları varmı? Kanın qızına müəllimlər həmişə yüksək qiymət yazırdı. Çünki Kan rüşvət verirdi. Məqalədə yazılıb ki, total diktaturanın əvəzinə pulla idarə olunan sistem meydana çıxır. Hətta qadınlar da bunda iştirak edir. Onlar qara bazarı idarə etməyi bacarırlar.

Krauel yazır ki, bu ölkədə hər şeyin qiyməti var, hər şey satılır. Kölgə iqtisadiyyatı bütün sahələri ələ keçirib.

Son xəbərlər
Bütün xəbərlər »