Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda evlənmək qərarına gələn rus cütlük geri qayıda bilmir

Rusiya-Gürcüstan qalmaqalı turistlərə böyük zərbə vurub. Təyyarə reysləri ləğv olunur, əvvəlcədən planlaşdırılan səfərlər baş tutmur. Gürcüstana gedib geri qayıda bilməyənlər də var.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatına danışan Mariya Pospelova sevgilisi ilə Gürcüstanda evlənməyi planlaşdırdıqlarını bildirib. Batumiyə iyunun 9-da yola düşüblər. Onlar öz biletlərinə görə 20 min rubl (300 dollardan çox), pişik üçün isə 1500 rubl (təxminən 25 dollar) xərcləyiblər. Rusiyaya avqustun 25-də qayıtmağı düşünürlərmiş. İndi vətənə dönmək problemi yaranıb. Çünki başqa biletlər də alınıb. Valideynləri, qohumları da toyda iştirak üçün əvvəldən bilet əldə ediblər. Bir neçə gün əvvəl yazdığımız kimi, Gürcüstana biletlər batır.

Cütlük geri qayıtmaq istəyirsə, dəfələrlə çox xərcə düşməlidir. İndi baqajsız bir bileti 36 min rubldan ucuz əldə etmək mümkün deyil. Toy üçün o qədər çox xərc çəkilib ki, yarımçıq geri qayıtmaq böyük problemə çevrilib.

Mariyanın anası kömək üçün “Rospotrebnadzor” təşkilatına müraciət edib. Təşkilatdan fərdi qaydada səyahət edən turistlərə yardımın mümkünsüzlüyünü söyləyiblər.

Son xəbərlər
Bütün xəbərlər »