Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon və Mərkəzi Kəşfyyatın İrana qarşı gizli planı
Birləşmiş Ştatların ordusu və kəşfiyyat xidmətləri regionda gərginliyi artırmadan və müharibə təhlükəsi yaratmadan Tehranı dayandırmağa cəhd edərək, Fars körfəzində İrana qarşı gizli əməliyyatlar planı üzərində işləyir.

Virtualaz.org «The New York Times» nəşrinə istinadən xəbər verir ki, bu barədə Pentaqondakı və ABŞ kəşfiyyat xidmətlərindəki mənbələr bildiriblər.

Planlaşdırılan gizli əməliyyatların təfərrüatları açıqlanmır, lakin bildirildiyinə görə, bir neçə variant müzakirə olunur – yeni kiberhücumlar, İranın hərbi gəmilərinin «söndürülməsi», İran rejiminin laxladılmasına yönəlmiş informasiya hücumları.

Qeyd olunur ki, MKİ-də «İranın təxribatları»na qarşı konkret gizli planlar var. Bu təxribatlardan biri kimi ABŞ-ın pilotsuz uçuş aparatının İran tərəfindən vurulması göstərilir.

Amerikan nəşri iddia edir ki, İrana qarşı hazırlanan bu əməliyyatlardan bəziləri artıq gerçəkləşdirilir. Belə ki, «The Washington Post»un məlumatına əsasən, ABŞ-ın son kiberhücumunun məqsədi raketlərin buraxılmasına nəzarət edən İran kömpüterlərinin sıradan çıxarılması olub.

kiber hucum xaker _src

Eyni nəşr onu da qeyd edir ki, Donald Trampın səbri tükənib və o, İranın raket sistemlərinə kiberhücum barədə əmr verib. İyunun 20-dən 21-nə keçən gecə güclü kiberhücum nəticəsində ölkənin raket sistemləri büsbütün iflic vəziyyətinə salınıb.

Ağ Evin keçmiş məmurlarından biri Tomas Bossertin sözlərinə görə, bu cür taktiki gediş nəinki qurbanların olmasının qarşısını alıb, həmçinin Hörmüz boğazındakı ABŞ hərbi gəmilərinin təhlükəsizliyini təmin edib.

Lakin İranın informasiya və kommunikasiya texnologiyaları naziri Cavad Azəri Cahromi «Mehr» agentliyinə bildirib ki, ABŞ-ın kiberhücummlarından heç biri məqsədinə çatmayıb və İranın raketlərin idarə edilməsi sisteminə zərər vura bilməyib.

Son xəbərlər
Bütün xəbərlər »