Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm"

“Qarabağ” kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın yeni transferi Xayme Romero Rodriges klubun sayına açıqlamasında deyib. 28 yaşlı ispaniyalı futbolçu Azərbaycanın ən önəmli komandasına gəldiyini bildirib: “Təbii ki, klub haqqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim”.

Cinah yarımmüdafiəçisi olan legioner oyunçusu özünü doğrultmağa çalışacağını deyib: “Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır, Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Cəmi 2 həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm. “Partizani”ylə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, məndən istəniləm səviyyədə olmaq üçün tam gücümlə çalışacam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, “Qarabağ”la 3 illik müqavilə bağlayan Xayme Romero Rodrigesi 9 nömrəli forma ilə çıxış edəcək. Karyerasına “Albasete”də başlayan 28 yaşlı futbolçu həmçinin “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan Xayme son olaraq ölkəsinin “Kordoba” klubunda çıxış edib.

Son xəbərlər
Bütün xəbərlər »