Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öz qızına aşiq olan Azərbaycan xanı - Fotolar, Video

Film 12-ci əsrə aid məşhur tarixi abidə olan Qız Qalası əfsanəsi əsasında ssenariləşdirilib

Azərbaycan Foto-Kino İdarəsinin istehsalı ilə çəkilən “Qız Qalası əfsanəsi” filmi insest mövzulu ilk Azərbaycan filmidir. Filmin ssenari müəllifi Breslav Lurye, quruluşçu rejissoru Vladimir Ballyuzekdir.

Filmdə Sofiya Jozeffi, Vaqram Papazyan, Hənəfi Terequlov, İsmayıl Hidayətzadə, Yevgeni Muromskiy, İbrahim Azəri, Rza Darablı, Ovanes Zarifyan, Kazım Ziya, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Məcid Şamxalov, Ələkbər Hüseynzadə, Rüstəm Kazımov və başqaları rol alıblar.

Qeyd edək ki, “Qız Qalası əfsanəsi” filmi Möhsün Sənani, Rüstəm Kazımov və Ağasadıq Gəraybəylinin ilk ekran işidir. Eyni zamanda dövrünün məşhur erməni aktyoru, Azərbaycanın Xalq Artisti Vaqram Papazyanın rol aldığı ilk Azərbaycan filmidir.

Film 12-ci əsrə aid məşhur tarixi abidə olan Qız Qalası əfsanəsi əsasında ssenariləşdirilib. 1923-cü ildə çəkilib, 1924-cü ildə nümayiş olunub.

“Qız Qalası əfsanəsi” filmi Xəzərin sahilində, Bakı şəhərində tikilən Qız Qalasının yaranma səbəbindən bəhs edir. Səməd xanın həyat yoldaşı doğuş zamanı vəfat edir. Səməd xana bir qızı olduğunu və yoldaşının vəfat etdiyini xəbər verdikdə, xan əmr edir ki, körpə qızı saraydan uzaqlaşdırsınlar.

“Qız Qalası əfsanəsi” filmindən kadr “Qız Qalası əfsanəsi” filmindən kadr

Körpəni bir qarıya verib göndərirlər. Uşaq bu qarının himayəsində böyüyüb boya-başa çatır və Gülnar adlı gənc, gözəl bir qız olur. İllər sonra xan ova çıxdıqda qızı ilə rastlaşır və anasına bənzədiyindən onu dərhal tanıyır.

Gülnarın anasına olan bənzərliyi Səməd xanda sevgi və ehtiras hisləri yaradır. Xan əvvəlcə bu hislərindən utanıb qorxsa da, zaman keçdikdə duyğularına yenik düşür və qızı ilə birlikdə olmaq istəyir.

Xan bu etirafı Gülnara etdikdə qız atasından xahiş edir ki, dənizin sahilində hündür və qalın divarları olan bir bina tiksin və o binaya başqasının ayağı dəyməsin. Xan Gülnarın istədiyi kimi edir və Qız Qalasını tikdirir. Lakin Gülnar atasının sevgisindən qorxduğu üçün həmin qaladan özünü ataraq öldürür.

Səməd xan obrazı Səməd xan obrazı

Film 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunub. (Ayna.az)

Son xəbərlər
Bütün xəbərlər »