Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
66 yaşlı kişi arvadını öldürdü

Balakəndə kişi arvadını boğaraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mahmalar kəndində baş verib. Kənd sakini, 1953-cü il təvəllüdlü Nəcəfəli Mahmad oğlu Xəlilov həyat yoldaşı 1960-cı il təvəllüdlü Şahnaz Sədi qızı Xəlilovanı boğaraq qətlə yetirib.

N. Xəlilovun Ş. Xəlilovanı ailə münaqişəsi zəminində öldürdüyü bildirilir. N. Xəlilov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »