Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da aeroport əməkdaşlarına hücum - Video

ABŞ-ın Finiks Skay-Harbor beynəlxalq hava limanının (Arizon ştatı) əməkdaşlarına hücum edilib.

ABC telekanalının verdiyi məlumata əsasən, bir nəfər aviasiya təhlükəsizliyi xidmətinin onlarla əməkdaşına hücum edib.

Bildirilir ki, hadisə iyunun 18-də baş verib. Kadrlardan uçuş öncəsi yoxlama məntəqəsində bir kişinin hava limanının əməkdaşına zərbələr endirərək yerə yıxdığı, sonra isə digərlərinə hücum etdiyi görünür.

Hücum edən şəxs zərərsizləşdirildikdən sonra onun 19 yaşlı Tayler Qarner olduğu məlum olub. O, aeroportun təhlükəsizlik qaydalarını pozmaqda və saxlanılma vaxtı müqavimət göstərməkdə ittiham olunur.

Telekanalın məlumatına əsasən, hadisə nəticəsində hava limanının 5 əməkdaşı xəsarət alıb.

Hadisənin səbəbi hələ məlum deyil. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »