Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı jurnalist Gürcüstana buraxılmadı

Rusiyanın “Kommersant” qəzetinin xüsusi müxbiri Vladimir Solovyov Tbilisiyə buraxılmayıb.

“Qafqazinfo” xəbər verir ki, jurnalist baş verənləri belə danışıb:

“Heç bir tələbləri yox idi. Mən Tbilisiyə yerli vaxtla saat 14:35-də çatdım. Sərhəd yoxlanışını keçən vaxt proqram birdən-birə nəyisə yoxlamağa başladı. Bu 10, daha sonra 20 dəqiqə çəkdi. Daha sonra baş zabit mənə yaxınlaşıb pasportumu aldı. Məndən kənarda gözləməyimi xahiş etdilər. 3 saat gözlədim. Zabit çıxıb dedi ki, mənim ölkəyə girişim qadağandır. Sonra o, fikrini dəyişib “Gözləyin, biz bir az da aydınlaşdıraq” dedi. Bundan sonra zabit kağızlarla çıxıb dedi ki, mənim girişimə onsuz da qadağa var və mən Moskavaya qayıtmalı olacağam”.

Solovyovun sözlərinə görə, onun pasportunda Gürcüstana buraxılmamasına dair heç bir qeyd yoxdur. O, baş verənlərdən hələ də baş aça bilmir.

Son xəbərlər
Bütün xəbərlər »