Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramil Usubov Prezident Adminstrasiyasının rəhbəri vəzifəsinə hazırlanır? - Açıqlama
“Atlas” Araşdırmalar Mərkəzi Prezident İlham Əliyevin son kadr dəyişiklikləri ilə bağlı sərəncamlarını təhlil edib.Təhlildə Ramil Usubovla bağlı məqamlar da öz əksini tapıb. Belə ki, bildirilir ki, Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı Ramiz Mehdiyevin dövlət vəzifəsindən uzaqlaşması prosesini də sürətləndirəcək.

Bununla bağlı Bizimyol.info-ya danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu əlavə edib ki, Ramil Usubovun bu vəzifəyə gətirilməsi eyni zamanda onun yaxın gələcəkdə Ramiz Mehdiyevin yerinə hazırlanması da deməkdir:

"Bu da ehtimallardan biridir. Ramiz Mehdiyevin özü də anlayır ki, artıq elə bir yaş həddinə çatıb ki, bir az da gələcəyi haqqında düşünməlidir. Prezidentlər də hətta bu haqda düşünürlər, Qazaxıstanda da Nursultan Nazarbayev eyni yaşda artıq öz varisi haqqında düşündü. Düşünürəm ki, mümkün ehtinmallardan biri də budur ki, böyük iş təcrübəsi olan Ramil Usubov prezident adminstrasiyasının rəhbəri də ola bilər. Bu təyinatlar düşünülmüş kadr dəyişikliyi idi. Fikir verirsinizsə ard-arda necə qərarlar verildi. Maaş artımının müzakirəsi bitməmiş belə bir təyinatlar oldu. Həmçinin 6 ay ərzində maaşlar demək olar ki, iki dəfəyə qədər artırıldı. Bütün bunlar o deməkdir ki, prezidentin xüsusi proqramı var və o proqram çərçivəsində öz addımlarını atır, qərarlarını verir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »