Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllim qaraciyərinin 68 faizini anasına verib

Azərbaycanda müəllimin qaraciyərinin böyük hissəsi anasına köçürülüb.

“Report”un məlumatına görə, Heydər Əliyev Fondunun maddi dəstəyi ilə həyata keçirilən əməliyyat Bakıdakı xəstəxanalardan birində baş tutub.

Belə ki, Gəncə şəhərində yerləşən 26 saylı məktəb-liseyin fiziki tərbiyə müəllimi 1991-ci il təvəllüdlü Murad Məmmədovun qaraciyərinin 68 faizi 1951-ci il təvəllüdlü anası Mahirə Məmmədovaya köçürülüb.

Onun sözlərinə görə, anası uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirmiş və müalicəsi üçün donora ehtiyac olub: “Anam uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir. Biz də donor tapa bilmirdik. Əvvəlcə kiçik qardaşım donor olmaq istəyirdi. Amma mən onu qoymadım, özüm donor olmağı düşündüm. Mən bununla bağlı Heydər Əliyev Fonduna müraciət edərək maddi dəstək istədim. Nəhayət, Fondun dəstəyi ilə mənim qaraciyərimin 68 faizi anama köçürüldü. Əməliyyat iyunun 19-da baş tutdu və 8 saata yaxın davam etdi. Anam mənim donor olduğumu bilmir”.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »