Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dənizkənarı Bulvar İdarəsinə xəbərdarlıq edildi - Açıqlama
Xəbər verdiyimiz kimi Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin dəstəyi, Proaktiv Şirkətinin təşkilatçılığı ilə 21-23 iyun tarixlərində ölkəmizdə ilk dəfə olaraq Dənizkənarı Milli Parkda Orqanik Qida Festivalı (Organic Food Festival) keçirilməsi planlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu gün festivalın ilk gününün başlanğıcı zamanı Dənizkənarı Milli Parkda işıqlar kəsilib.

Redaksiyamıza daxil olan məlumata görə isə işıq kəsilməsinə səbəb Dənizkənarı Bulvar İdarəsinin işıqpulu borcunun olmasıdır.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qurumun onlara borcu olmasını təkzib etsə də "Azərişıq" ASC tərəfindən Dənizkənarı Bulvar İdarəsinə xəbərdarlıq edildiyini və 3 gün vaxt verildiyini bildirib:

"Hazırda Dənizkənarı Bulvar İdarəsinin borcu yoxdur. Lakin onlara həftənin birinci gününə qədər vaxt verilib ki, işıqpulu ödənişlərini etsinlər. Bu barədə onlara xəbərdarlıq edilib".

Bu gün Dənizkənarı Milli Parkda işıqların sönməsini isə qurum rəsmisi Dənizkənarı Milli Parkın daxili problemi kimi qiymətləndirib:

""Azərişıq" ASC tərəfindən Dənizkənarı Milli Parkın işıqları kəsilməyib. Bu onların daxili işləri və daxili problemləri ola bilər".

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı da məlumatın əsassız olduğunu bildirib:

"Dənizkənarı Bulvar İdarəsinin "Azərişıq" ASC-yə borcu yoxdur. Bu məlumat əsassızdır".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »