Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Suvarma problemi Şəmkirdə əkin sahələrinin məhvinə səbəb olur" - Şikayət
Şəmkirin Nərimanlı, Muxtariyyə, Əli Yaqublu kəndlərində suvarma sistemlərində yaşanan problem taxıl sahələrinin məhvinə səbəb olur.

Bu barədə redaksiyamıza məlumat verən təsərrüfatçılar bildirirlər ki, bu gün Azərbaycanın kənd təsərrüfatının başlıca problemlərindən biri "Meliorasiya ve Su Təsərrüfatı" ASC-nin fəaliyyətində olan boşluqdur ki, bu da kənd təsərrüfatı məhsullarının məhvinə səbəb olur:

"Bu sahədə taxıl əkilmişdi. Su verilmədiyinə görə bütün taxıl sahəsi məhv olub. Her il eyni səbəbdən min hektarlarla əkin və meyvə sahələri məhv olub gedir. Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə bildirib ki, əkilməyən torpaqlara ya ağır cərimə tətbiq edilməlidir və ya sahiblərindən geri alınmalıdır. Bəs fermer torpagı əkib becərirseə, su dərdindən zəhməti və parası hədər olursa onun cəriməsini kim ödəməlidir?

Azərbaycanda əkinə yararlı torpaqların hec 30 faizi davamlı sulama potensialına malik deyil. Kənd Təsərrüfatında məğlubiyyətimizin birinci səbəbi "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yarıtmaz fəaliyyətidir.

"Bütün respublika üzrə sorğu kecirin, görün bir kənd adamı bir hektar yerə görə neçə manat ödəyəcəyi haqqında məlumat varmı? Ölkə rəhbəri əkin sahələrinin sulanmasəı üçün öz fondundan 250 artezian quyuları üçün vəsait ayırdı. Sorğu keçirin görün o artezianların neçəsi daha çox ehtiyacı olan yerlərdə və rüşvət verilmədən vuruldu? Bu idarənin əməkdaşları kəndçinin suya ehtiyac olan vaxtı qəsdən 5-10 gün gərginlik yaradırlar və sonra başlayırlar bazarlığa . Hektarına 20 manat verən zülümlə, 50 manat verən keflə sulaya bilər.

Əgər torpağa vaxtında su verilmirsə, yeni sort toxum əkməyin, yeni texnologiyanin tedbiqi, gübrəyə və yanacağa dövlətin etdiyi güzəştin bir qəpiklik faydası olmayacaq, necəki yoxdur. Almaniyada əhalinin 1.7 faizi kənd təsərrüfatı ilə məşğul olsa da özlərini məhsulla təmin etməklə yanaşi dünyaya 100 milyardlıq məhsul satırlar. Ərazisi bizim ölkənin yarisi qədər olan Hollandiya hər il xaricə 200-250 milyardlıq kənd təsərrüfatı məhsulları satır. Amma əhalisinin 42 faizi aqrar sahədə çalışan Azərbaycan heç bir məhsulla özü özünü təmin edə bilmir.

Birinci səbəb də Su Meliorasiya işinin düzgün təşkil edilməməsidir. Halbu ki, bu sahəyə indiyə qədər dövlət neçə milyard manat vəsait ayırıb və 1993-cü ildən bu sahəyə rəhbərlik edən Əhmədzadədən bunun hesabatını soruşan da olmayıb. Kəndçini yazda, əkinçini qişda dilənçi edən, ölkə iqtisadiyyatına hər il yarıtmaz iş fəaliyyətinə görə 100 milyonlarla manatlıq ziyan vuran, kənd təsərrüfatındakı məğlubiyyətimizin bir nömrəli səbəbkarı olan bu təşkilatda bu qədər gərginliyə baxmayaraq nə narahat olur, nə işini yenidən təşkil etmək haqqında düşünür, nə fəryad edən səsləri eşidir, nə də susuzluqdan məhv olan əkin sahələrini görür. Gözləri və qulaqlari kar bir rüşvət alan əlləri açıqdır".

Həmçinin öz narazılığını bildirən sakinlər bildirirlər ki, kənd təsərrüfatı texnikaları rüşvət qarşılığında kəndlilərə verilir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, kənd təsərrüfatı texnikalarının rüşvət qarşılığında verilməsindən söhbət belə gedə bilmləz, bu sistemdə maksimum şəffaflıq yaradılıb:

"Operativ lizinq müqaviləsi əsasında kənd təsərrüfatı texnikaları mövsümi olaraq vətəndaşlara verilir və bunun müqavilində kassaya ödəniş edilir. Hazırda yazıda qeyd olunduğu kimi bir sistem yoxdur. Çox şeylər yazıla və deyilə bilər. Sezonla əlaqədar telekanallara, saytlara bu məsələ ilə bağlı geniş açıqlamalar verilib, qaydaları izzah edilib. Yəni burada tam şəffaf bir sistem yaradılıb. Mexanizatorlar gəlir, əlində sertifikatı-həmin texnikanı istifadə edə bilmək haqqında sənəd və sürücülük vəsiqəsi olmalıdır. Bu sənədlər olduğu təqdirdə gəlib kombaynları və traktorları operativ lizinqə götürə bilərlər.

O ki, qaldı suvarma məsələsinə, "Meliorasiya və Su Təsərrüfatı" ASC ayrıca bir qurumdur bununla bağlı həmin quruma müraciət edilməlidir".

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində mətbuat katibi Dilqəm Şərifov isə bildirib ki, suvarma dövründə hər zaman problemlər yaşanıb, problemlərin başlıca səbəbi isə növbəlilik olmasıdır:

"Suvarma zamanı problemlər yaşanır. Hamı birinci suvarmaq, tez suvarmaq istəyir. Lakin əkin sahəsini suvarmaq istəyən çoxsaylı sakinlər olduğuna görə növbədə başqa insanlar olduğuna görə gecikmələr olur, müəyyən narazılıqlar olur. İndi kimsə şikayət etməsin deyə başqasının suyunu kəsib həmin adama da vermək olmur. Bununla yanaşı elə sahələr var ki, onlar dəmyə əraziləridir. Suvarması çətin olan ərazilərdə, suyun gətirilməsi mümkün olmayan ərazilərdə əkin işləri aparılırsa və sonra su probleminin olduğunu deyirsə bu doğru yanaşma deyil".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »