Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pensiyaları bütün bankomatlardan faizsız çıxarmağa şərait yaradılsın"
"Azərbaycanda pensiyaçılar yalnız iki bankın bankomatlarından – “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”ndan vəsait çıxara bilirlər. Lakin digər bankların bankomatlarından vəsait çıxardıqda müəyyən faizlər tutulur".

“Report” xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deputat Vahid Əhmədov maliyyə nazirinin müavini Azər Bayramova müraciəti zamanı bildirib.

“Ola bilər ki, kartdan tutulan vəsait yüksək maaşı olan insanlar üçün kiçik məbləğdir. Lakin 200-300 manat alanlar üçün bu 10-15 manat məbləğdir. Bütün dünyada pensiyaçılar, müharibə veteranları, əlillər istənilən bankomatdan məbləğ çıxarır, lakin heç bir əlavə rüsum tutulmur. Niyə Azərbaycanda belədir, bilmirəm. Azərbaycan Prezidenti bankların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı da sərəncam imzalayıb. Hesab edirəm ki, bu məsələni həll etmək lazımdır. Bankomatların hamısına bu tipli şərait yaradılmalıdır. 30 bankın heç olmasa 20-nə icazə vermək lazımdır ki, faizsiz vəsait çıxarılması mümkün olsun”, - V.Əhmədov əlavə edib.

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər