Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar axşam saat 9-dan sonra ekrana baxmamalıdır

“Valideynlər, cəsarətli olun! Uşaqlarınızı axşam saatlarında smartfonlardan, planşetlərdən, kompüterlərdən uzaq tutun”, - İsveçrənin “Le Temps” qəzetindəki yazıda belə deyilir.

Bizimyol.info xəbər verir ki, jurnalist Silvi Lojan texnoloji cihazların uşaqlara zərərindən yazıb. Materialda axşam saat 9-dan sonra uşaqların ekrana baxmalı olmadığı xüsusi qeyd edilib.

Yazıda 12-19 yaş arası 600 yeniyetmənin iştirak etdiyi tədqiqatdan danışılır. Professor Sofi Şvarts deyir ki, hər bir yeniyetməyə axşam saat 9-dan sonra ekrana baxmaq imkanı verilib, sonra isə yuxunun davamlılığı, ovqat və məktəbdəki nəticələr müşahidə olunub.

Şvartsın həmkarı, tədqiqatçılardan biri Vircini Sterpeniç uşaqların sutkada 9-10 saat yatmalı olduğunu bildirir: “Amma bu yeniyetmələrin yuxu müddəti 7 saatı keçmirdi. Çox azdır”.

Şvartsın dediyinə görə, bir müddət sonra yeniyetmələrə axşam saat 9-dan sonra ekrana baxmamağı tövsiyə ediblər. Axşam saatlarında texnoloji cihazlardan istifadənin 80 dəqiqədən 20 dəqiqəyə enməsi təsirini göstərib. Uşaqların gecə yuxusuna orta hesabla 17 dəqiqə əlavə olunub. Bundan başqa, onların idtrak imkanları genişlənib. Sterpeniç deyir ki, effektin böyük olmadığını düşünə bilərik, əslində, ciddi nəticədir: “İştirakçılardan biri bizə dedi ki, illərdir yuxu əziyyəti çəkir. Hətta dərmanlar da kömək etmir. Amma axşamlar ekrandan uzaq düşmək ona gecə yuxusunu qaytarıb”.

Lozanna Universitetinin elmi-tədqiqat mərkəzinin direktoru Rafael Hayntser bildirir ki, texnoloji cihazlar yuxudan əvvəl yataq otağından kənarda tutulmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »