Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amansız cinayətlər, dəhşətli edam: Məşhur qatilin qandonduran hekayəsi - Fotolar

Amerikalı serial qatillərinin atası kimi tanınan Ted Bundi, hüquq təhsilli, olduqca yaraşıqlı və eyni zamanda nəzakətli bir şəxs idi. Hər şey 1974-cü ildə Seattle şəhəri və ətraf ərazilərdə təxminən 20 qadının itdiyi zaman başlamışdır.

1975-ci ildə, qurbanlarından biri Bundinin təhlükəli bir şəxs olduğunu öncədən anlayaraq qaçmış və Bundinin xarici görünüşü, eləcə də avtomobili barədə polisə məlumat vermişdi.

Bir müddət kimliyi təsbit edilə bilməyən Bundi anonim bir telefon zənginin ardından şübhəli şəxs olaraq tutulur. O, 1975-1976 illəri arasında təxminən 20 qadını təcavüz etmək və öldürməkdə günahlandırıldı.Güclü yumor hissi, yaxşı görünüş və təhsilə, insanları cəlb edən danışıq tərzinə malik olan Bundinin bədnam qatil olduğuna hətta hakimlər belə inana bilmirdi.

Dünyanın ilk kütləvi qatili olduğu düşünülən Ted Bundinin qurban olaraq sırf qadınları seçməyi onun keçmişi ilə əlaqəlidir. Belə ki, Bundi uzun bir müddət anasını öz bacısı olaraq tanımış və yalnız 9 yaşına çatdıqda gerçəyi öyrənmişdi. Ted atasız bir uşaq idi və yaşadıqları dövrlərdə cəmiyyətin ağır ittihamlarından qaça bilmək üçün anası ona bu yalanı demişdi. Hətta ana və oğul arasındakı münasibətləri heç də yaxşı olmamışdı. Digər bir tərəfdən isə o, əsasən uzun, düz və qara saçlı - yəni əvvəlki sevgilisinə bənzəyən qadınları qurban olaraq seçirdi.

Bundinin ilk qurbanı: Linda Ann Heali

Cinayətləri işləmə üsuluna gəldikdə isə, Ted ilk növbədə özünü ayağı sınmış və yardıma möhtac olaraq qələmə verdikdən sonra ona kömək etmək üçün yaxınlaşan qadınları yaxalayıb, tənha bir yerdə zorladıqdan sonra öldürürdü. Bir neçə dəfə yaxalansa da qaçmağı bacaran Bundi zamanla artıq qadınları xarici görünüşünə görə ayırmayaraq öldürməyə başladı. Məhkəmədə öz vəkilliyini özü edirdi və hər bir vəchlə özünün günahsız olduğunu iddia edir, ittihamları qəbul etmirdi. İnsanlar arasında böyük rezonans doğuran bu hadisədə onun günahsız olduğunu müdafiə edən insanlar da az deyildi. Maraqlısı odur ki, onların əksəriyyəti gənc qızlar idi, hansı ki, onlar da həm Bundiyə dəstək vermək, həm də onun diqqətini cəlb edə bilmək üçün saçlarını qara rəngə boyayaraq məhkəmə salonuna gəlirdilər. O, hətta gənc fanatlarından biri ilə 1980-ci ildə evlənmiş və 2 il sonra da qız atası olmuşdu...

Ted Bundi ilə həbsdə olarkən evlənən qadın

Bütün bu ağır cinayətləri törətməsinə baxmayaraq sübutların kifayət etməməsi ucbatından onunla bağlı dəqiq bir qərar vermək mümkün deyildi. Məhz buna görə də onun barəsində məhkəmə prosesi fasilələrlə illərlə davam etdi. Bundy-nin ittiham edilməsi üçün ən bariz sübut isə qurbanlarının birinin bədənindən götürülən diş izləri oldu. Artıq bir çox sualın aydınlaşdırılmasına baxmayaraq, Bundy dişlərini çıxararaq özünün günahsız olduğunu göstərməyə çalışdı lakin məhkəmə işçiləri tərəfindən bunun qarşısı alına bildi. İzlərin tutuşdurulmasından sonra 1979-cu ildə Bundinin edam əmri nəhayət ki, verildi.

Bundinin edam əmrinə verdiyi ilk reaksiya

Lakin qərarın verilməsinə baxmayaraq məhkəmədə qayda qanunlara riayət edilmədiyini iddia edən Ted 10 il boyunca apellyasiya müddətini uzada bilməyi bacardı. Bu müddət ərzində ərinin qatil olduğuna özünü inandıra bilən həyat yoldaşı 1986-cı ildə ondan boşanaraq özünün və qızının soyadını dəyişdirdi.

Rəsmi olaraq 37 qurbanı olduğu bilinən Bundi 1989-cu ildə 2000 volt elektrik verilərək edam edildi. Onun edamı bir çox insan tərəfindən xüsusi sevinclə qeyd edildi.

Bu günə kimi bəzi mənfi film qəhrəmanlarının yaradılmasında rolu olan Ted Bundy ilə bağlı çoxlu filmlər də çəkilmişdir: Matthew Bright imzalı “Ted Bundy” filmi (2002), “The Stranger Beside Me” (2003), “The Riverman” (2004), “Bundy: An American Icon” (2008), “Extremely Wicked, Shockingly Evil and Vile” (2019). (Moderator.az)

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »