Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda BMT-nin Forumu keçiriləcək
Ülvi Mehdiyev: “ASAN xidmət” modeli 1-ci yerə layiq görülüb”

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə 24-26 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək.

Bu gün Bakıda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Tədbiridə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Birləşmiş Millətlər Təşkilatı ilə birgə keçirilən Forumun təşkilati məsələləri ilə əlaqədar məlumat verib.

Ülvi  Mehdiyev bildirib ki, Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur.

Onun sözlərinə görə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir: “Bu il namizəd ölkə olaraq,  namizədliyimizə baxılıb. BMT tərəfindən forumun Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilib.  Forumun məqsədi dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə bu istiqamətdə qabaqcıl təcrübələrin mübadiləsidir. Forum hər il  ayrı- ayrı ölkələrdə,  Mərakeşdə, Niderlandda,Avstriyada və digər ölkələrdə keçirilib. Bu il isə Azərbaycan bu foruma ev sahibliyi edəcək.  Müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlərinin, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxslərinin  forumda iştirakı nəzərdə tutulur.

Tədbir müxtəlif plenar sessiyalar, seminar və paralel tədbirlərdən ibarət olacaq. Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq”.

Dövlət Agentliyinin sədrinin sözlərinə görə, 5 kateqoriya üzrə BMT 11 ölkənin  Dövlət Xidmətləri Mükafatının builki qaliblərini təltif  edəcək. Mükafatlandırılacaq ölkələr Avstriya, Avstraliya, Argentina, Braziliya, Koreya, İndoneziya, Portuqaliya, Çili, İtaliya, Kosta-Rika və Keniyadır. Bu ölkələr ayrı-ayrı kateqoriyalar üzrə qalib seçiliblər.

Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.

Həmçinin  tədbirə dünyanın 190-dan çox ölkəsindən  500-dən artıq nümayəndələri qatılacağı nəzərdə tutulur.

Bakıda keçiriləcək Forumda BMT Baş katibinin müavini cənab Lui Zenmin, o cümlədən, müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak edəcəklər.

Ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunacaq. Azərbaycan tərəfindən  də hər bir sessiyada bir nümayəndə qatılacaq. Həmin qaldırılan aktual məsələlər üzrə Azərbaycan tərəfinin gördüyü işlər barədə təqdimatlar keçiriləcək.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki,  müxtəlif  sahələrdə bu gün  beynəlxalq tədbirlərin Bakıda keçirilməsi vasitəsilə Azərbaycan tərəfi öz gördüyü işlərin bu günkü vəziyyətini əyani nümayiş etdirmək imkanına sahib olub. Eyni zamanda ”ASAN  xidmət” modeli 100 –dən çox  ölkənin nümayəndələrinə nümayiş etdiriləcək.  Həmin  ölkələrdə “ASAN xidmət”-in tətbiqi ilə bağlı bir sıra sazişlər imzalanıb.  Bu  forum Asan Xidmətin Azərbaycanın intelektual məhsulu kimi ixrac edilməsinə çox böyük töhfə verəcək. Forum çərçivəsində  Azərbaycan –Türkiyə arasında “ASAN xidmət” və elektron hökümət sahələrində birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq. Bundan əlavə Özbəkistan tərəfi ilə də hüquqi prosedurları yekunlaşdımaq üzrəyik və saziş imzalanması  gözlənilir.

Forum çərçivəsində yeni beynəlxalq təşkilat yaradılacaq: “Azərbaycan tərəfinin təşəbbüsü ilə dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası təsis olunacaq. Forumda həmin qurumların birgə Assosiasiyası yaradılacaq və adı da ASAN olacaq.

Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər isə ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”-in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir. Ölkələr üzrə təqdim olunan 700 rəqib layihə içərisindən unikal model “ASAN xidmət”  modeli 1-ci yerə layiq görülüb.

Mətbuat konfransında həmçinin jurnalistlərin sualları cavablandırılıb.

Ermənistan nümayəndə heyətinin  Forumda iştirakı ilə bağlı sualına Ülvi Mehdiyev belə cavab verib: “ Biz tərəfdən heç bir ölkəyə məhdudiyyət yoxdur. Çünki bu BMT – nin beynəlxalq tədbiridir. Bizim üzərimizə düşən gələn qonaqların  hansı ölkədən gəlməsindən asılı olmayaraq, təhlükəsizliyini təmin etməkdir. Bu günə qədər,  2015-ci ildən hər il bu ölkələr öz layihələrini təqdim edirlər. Amma Ermənistan tərəfi bu illər ərzində  real layihə otaya şıxarmayıb.Ona görə də iştirakına əsas yoxdur”.

 Gülnarə ƏMİRQIZI

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər