Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırğızıstanın keçmiş prezidentinin toxunulmazlığı ləğv oluna bilər

Qırğızıstanda xüsusi deputat istintaq komissiyası keçmiş president Almazbek Atambayevin hakimiyyət səlahiyyətlərindən sui-istifadə faktlarını aşkarlayıb.

Yerli “24.kg” nəşri xəbər verir ki, bunu iyunun 21-də Qırğızıstan parlamentinin xüsusi komissiyasının sədri Kanıkbek İmanaliyev bildirib.

Onun sözlərinə görə, Almazbek Atambayev prezident olduğu zaman rəqiblərinə qarşı siyasi repressiya tətbiq edib: “O, səlahiyyətlərindən istifadə edərək söz azadlığını məhdudlaşdırıb, məhkəmə hakimlərinin işinə mane olub. Bunlar sənədlərlə təsdiqlənib. Komissiya hesab edir ki, hakimiyyət səlahiyyətlərindən sui-istifadə hallarından şübhələnmək üçün əsaslar var”.

Bildirilib ki, komissiya bütün sənədləri araşdırdıqdan sonra işi Baş Prokurorluğa təhvil verəcək.

Qeyd edək ki, parlament keçmiş prezidentin toxunulmazlığının ləğv edilməsi üzrə xüsusi deputat komissiyası yaradıb. Komissiya Almazbek Atambayevin korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə cinayət işini Baş Prokurorluğa təqdim etməlidir.

Almazbek Atambayev Tarix muzeyinin yenidən qurulması, ölkə paytaxtı Bişkekdə İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi, “qanuni oğru” Əziz Batukayevin azadlığa buraxılması, ev tikmək üçün sahə almaqda ittiham olunur.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »