Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Keçmiş prezidentin qızı həbsdə ayaqları bağlı saxlanılır"
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun Zanqiota koloniyasında saxlanılan qızı Gülnarənin səhhətində ciddi problemlər yaranıb və onun tibbi köməyə ehtiyacı var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kərimovanın İsveçrədən olan vəkili Qrequar Manja öz tvitter mikrobloqunda məlumat verib.

O, sabiq prezidentin qızı ilə Zanqiota həbsxanasında görüşdüyünü bildirib: “Onun qan təzyiqi tez-tez artır, huşunu itirir. Ayaqları bağlı olaraq saxlanılır. Heç bir tibbi prosedur həyata keçirilmir”.

Xatırladaq ki, 2013-cü ilin oktyabrında Özbəkistanda Gülnarə Kərimovaya qarşı 2001-2013-cü illərdə cinayətkar qruplaşmanın tərkibində xərac toplama və vergidən yayınma ittihamları üzrə cinayət işi açılmış, 2015-ci ilin avqustunda məhkəmə onun haqqında 5 illik azadlıqdan məhrumetmə hökmü çıxarmışdı. 2017-ci ildə isə Özbəkistan Prokurorluğu Kərimovaya qarşı bir sıra ittihamlar üzrə istintaqın davam etdiyini bildirərək onun haqqında həbs qətimkan tədbiri seçmişdi. Hər iki cinayət ittihamı üzrə dəyən zərərin məbləği 2 milyard dollar göstərilib. Qruplaşmanın 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar məbləğində səhmlərinə həbs qoyulub.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
Son xəbərlər
Bütün xəbərlər »