Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arnold Şvartsneqqerdən ibrətamiz addım - Video
Kaliforniya ştatının eks-meri, aktyor Arnold Şvartsneqqer “Make-A-Wish” xeyriyyə fondunun dəstəyi ilə ibrətamiz addım atıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 15 yaşlı ağır xəstəlikdən əziyyət çəkən Dekker adlı pərəstişkarı ilə görüşüb və onu şəxsi tankında gəzdirib.

Ağ ciyər xəstəsi olan Dekker fonda müraciət edərək aktyoru görmək istədiyini bildirib.

Bundan sonra yeniyetmənin istəyi Arnolda çatdırılıb. Hollivud ulduzu dərhal müsbət cavab verib və görüşə özünün hərbi avadanlıqları, nəqliyyat vasitələrini gətirib.

Dekker tankı seçib və ikili Kaliforniya meşəsini gəziblər.

Vidalaşmaq vaxtı çatanda Dekker aktyora təşəkkürrünü bildirib və hələ də onunla vaxt keçirdiyinə inanmadığını söyləyib.

Şvartsneqqer isə cavabında “Nəyi isə istədikdə ürəkdən istə, inan ki, o, mütləq reallaşacaq” deyib.

Qeyd edək ki, “Make-A-Wish” ağır xəstəliklərlə mübarizə aparan uşaqları və yeniyetmələri arzularına çatdıran beynəlxalq xeyriyyə fondudur.

Son xəbərlər
Bütün xəbərlər »