Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BTC ilə tranzit neftin nəqli 23%-dən çox azalıb

Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 13,4 mln. tondan artıq neft nəql edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,39% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə BTC kəməri ilə 1,98 mln. ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 23,5% azdır.

"Magistral neft kəmərləri ilə 16536,2 min ton neft nəql edilmişdir. Nəqletmənin 81,1 faizi BTC neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13415,2 min ton neft ötürülmüşdür”, - deyə Komitədən bildirilib.

Qeyd edək ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən üçüncü ölkələrin nefti nəql edilir.

Son xəbərlər
Bütün xəbərlər »