Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yolu keçmək istəyən qadını maşın vurdu

Sabunçu rayonunda sürücü piyadanı vuraraq öldürüb.

Oxu.Az-ın məlumatına görə, hadisə axşam saatlarında, Bilgəh sanatoriyasının qarşısında baş verib. “AzSamand” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1961-ci il təvəllüdlü Əhmədova Radiyyə Niftalı qızını vurub.

Yaralı dərhal təcili tibbi yardım maşını vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »