Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT rəy verdi: Jurnalistin doğranmasında şahzadənin əli olub

“Jurnalist Camal Qaşıqçının ölümündə şahzadə Məhəmməd bin Salman və Səudiyyə Ərəbistanının başqa vəzifəli şəxslərinin əli olub”, - BMT-nin hesabatında belə deyilir. Təşkilat həmin şəxslərlə bağlı beynəlxalq araşdırmaların başlanmasını vacib sayır.

Məhəmməd bin Salman

Bizimyol.info xəbər verir ki, BMT-nin xüsusi məruzəçisi Anyes Kalamar səudiyyəli jurnalist Qaşıqçının ölümü ilə bağlı araşdırma aparıb və hesabatı da o hazırlayıb. Araşdırma məqsədilə məruzəçi Türkiyəyə gedib. Səfərdən sonra belə nəticəyə gəlib ki, Camal Qaşıqçı Səudiyyə Ərəbistanının rəsmi şəxsləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Camal Qaşıqçı

Qaşıqçının meyitinin hissələrə bölündüyü deyilsə də, parçalar tapılmayıb. Ancaq Kalamar deyir ki, həm özü, həm də rəhbərlik etdiyi qrupa daxil olan ekspertlər hadisə vaxtı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğundakı danışıqların audioyazısının bir hissəsinə qulaq asa bilib. Həmin danışıqları Türkiyə kəşfiyyatı əldə edib.

“Mənim rəhbərlik etdiyim missiyanın Türkiyəyə səfəri zamanı əldə olunan sübutlar deməyə əsas verir ki, Qaşıqçı Səudiyyə Ərəbistanının vəzifəli şəxslərinin əvvəlcədən planlaşdırdıqları amansız cinayətin qurbanı olub. Qaşıqçının ölümü inanılmaz qəddarlıq nümanəsidir. Bu hadisə beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-in baş verənlərə təcili müdaxiləsini tələb edir”, - deyə Anyes Kalamar bildirib.

Son xəbərlər
Bütün xəbərlər »