Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail bütün telefonları sındırmaq üçün proqram hazırlayıb: Hansı ölkələrə satacaq?

İsrailin “Cellebrite” şirkəti mobil telefonlara giriş kodlarını sındırmaq üçün yeni avadanlıq buraxıb.

Şirkət iddia edir ki, onun vasitəsilə iPhone və iPad-in bütün modellərinə, Android sistemli bütün smartfonlara giriş mümkündür.

Bizimyol.info xəbər verir ki, yeni texnologiya “UFED Premium” adlanır. Bildirilir ki, bu texnologiya dünyanın 11 ölkəsinin, o cümlədən ABŞ, Kanada və Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları üçün əlçatan olacaq.

Siyahıda Rusiya və digər post-sovet ölkələrinin olmadığı bildirilir.

Ancaq bir sıra ekspertlər yeni texnologiyanın İphone və iPad-ın son modellərinə giriş üçün kodu asanlıqla sındıra biləcəyinə şübhə ilə yanaşır.

“Formal olaraq, onlar bəyan edə bilərlər ki, bütün iPhone-ların kodunu sındıracaqlar. Ancaq axırıncı İOS versiyası olan yeni telefonların kodunun açılma sürətilə bağlı real texniki parametrlər haqda heç nə demirlər. Altı simvollu parolun tapılması illərlə çəkə bilər”, - “Group-IB”in kompüter kriminalistikası laboratoriyasının müdir müavini Sergey Nikitin BBC-yə bildirib.

Başqa bir ekspert Aleks Patsay BBC-yə deyib ki, iPhone-lara girişə imkan yaradan proqramların alqı-satqısıyla məşğul olan qara bazar var. Bu cür proqramlar milyonlarla dollaradır.

Ancaq bu proqramlar üzə çıxdıqca mobil telefon istehsalçıları da onlara qarşı əməliyyat sistemlərini yeniləyirlər: “Bu, sonsuz siçan-pişik oyunudur. Apple son vaxtlar təhlükəsizlik məsələlərinə çox diqqət yetirir”.

Son xəbərlər
Bütün xəbərlər »