Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollandiya Ukrayna səmasında sərnişin təyyarəsinin vurulmasına görə Rusiya hərbçilərini suçlayır

Hollandiya mətbuatı “Malaysia Airlines” şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsinin 2014-cü il iyulun 17-də Ukraynanın Donbas bölgəsində vurulmasına görə cinayət məsuliyyəti daşıyan şəxslərin adlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, bununla bağlı siyahı ölkənin “Nieuwsuur” teleproqramında səsləndirilib. Sənəd Ukrayna hərbçisi İvan Bezyazıkovun ifadələri əsasında hazırlanıb. Hazırda həmin hərbçi Ukraynada separatçılarla əməkdaşlığa görə həbs olunub.

Şübhəli şəxslərin arasında qəzanın baş verdiyi anda Kurskda yerləşən 53-cü zenit-raket birqadasına rəhbərlik edən Sergey Muçkayevin adı çəkilir. Şahidlər məhz onun “Buk” ZRK-nı bölgəyə göndərdiyini bildirirlər.

Bundan başqa raket sisteminin daşınmasına görə “Xmurıy” ləqəbli Sergey Dubinski adlı şəxsin məsuliyyət daşıdığı qeyd olunur. Bəhs oluna tarixdə o, kəşfiyyat qrupuna rəhbərlik edib.

Siyahıda S.Dubinskinin müavini olaraq qələmə verilən Oleq Pulatov, Krımın və Donbasın bir hissəsini işğalında xüsusi rol oynamış polkovnik İqor Strelkov (Girkin), hərbi kəşfiyyatın zabiti Leonid Xarçenko kimi isimlərə də rast gəlinir.

“Bellingcat” portalı fəlakətdə əli olanların arasında 2015-ci il iyul ayının 27-dən yoxa çıxan, qondarma “DXR”-in kəşfiyyat rəisi Eduard Gilazovun da isminin olduğunu xəbər edib. Bu adam “Buk” kompleksinin mühafizəsinə rəhbərliyi həyata keçirib.

Hollandiya Milli Polisinin Cinayət axtarış departamentini rəisi Ulbert Paulissenin sözlərinə görə, işlə bağlı bütün fiqurantların həbs olunması barədə order verilib və onlar beynəlxalq axtarışda sayılırlar. U.Paulissen 4 nəfərdən ikisinin hazırda Rusiyada olduğunu və bununla əladar rəsmi orqanlara müraciət edəcəklərini vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »