Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada uşağı döymək qadağan olundu

Yaponiya parlamenti uşaqların fiziki cəzalandırılmasına qadağa tətbiq olunması ilə bağlı qanun layihəsini təsdiq edib. Qanunverici orqanın yuxarı palatası belə qərara gəlib.

Bizimyol.info xəbər verir ki, düzəliş 2020-ci il aprelin 1-də qüvvəyə minəcək. Uşaqları döyməyə görə sərt tədbirlər həyata keçiriləcək. Yəni azadlıqdan məhrumetmə nəzərdə tutulur. Sənəddə maliyyə cəriməsi qeyd olunmayıb.

Qanun layihəsinə görə, sosial işçilərə ailə zorakılığına müdaxilə ilə bağlı daha böyük səlahiyyətlər veriləcək. Hələlik prosesi daha çox valideynlər nəzarətdə saxlayır. Düzəliş qüvvəyə minəndən sonra dövlət işə birbaşa müdaxilə edə biləcək.

Qanun layihəsinin qəbulu ideyası 10 yaşlı məktəbli Mia Kuriharanın öldürülməsindən sonra ortaya çıxdı. Atası uşağı tərbiyə məqsədiylə ölənə qədər döymüşdü. Anası hadisələri müşahidə etsə də, həyat yoldaşına mane olmamışdı.

Miaya atası çox əziyyət verirmiş. Onu hər gün döyürmüş, ayaq üstə saatlarla dayanmağa məcbur edirmiş, yatmağa qoymurmuş, gecənin ortasında qəfil oyadırmış. Oyadanda üzərinə soyuq su tökürmüş. Hələ, üstəlik, onu günlərlə ac saxlayırmış. Mianın ölümündən sonra atanı həbs etmişdilər.

Son xəbərlər
Bütün xəbərlər »