Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yer kürəsi üçün yeni təhlükə aşkarlandı

Yeni Zelandiya milli institutunun elm adamları planet üçün yeni təhlükə mənbəyini müəyyənləşdiriblər. Onların fikrincə, Yeri metan fəlakəti gözləyir.

Bizimyol.info xəbər verir ki, Vellinqtonda suyun və atmosferin tədqiqatı yaxşı nəticələr ortaya çıxarmayıb. Metan həcminin sürətli artımı qeydə alınıb.

ABŞ-ın ətraf mühitin müdafiəsi agentliyinin məlumatına görə, 100 il ərzində bir metan molekulu 28-36 dəfə çox buxar effekti yaradır, nəinki karbondioksid qazı. 2006-cı ildən sonra 11 il ərzində atmosferdə metanın həcmi milyardda 1775 hissəcikdən 1850-yə yüksəlib. Halbuki metan daha tez parçalanır, rəqəm böyüməməlidir. Elm adamlarının fikrincə, Paris razılaşması çərçivəsində həyata keçrilən tədbirlər planına görə karbondioksidin atmosferdə həcmi azalsa belə, metan boşluğu dolduracaq.

Tədqiqatçılar hələ metanın həcminin artması səbəbi ilə bağlı dəqiq söz deyə bilmir. Bəzi elm adamlarının versiyası budur ki, heyvandarlıq öz işini görür. Heyvanların həzm prosesi həm də zərərli qaz istehsalı effekti yaradır. Qaz istehlakı da digər tərəfdən. Qlobal istiləşmənin də rolu az deyil. Bununla da Yer kürəsi üçün yeni təhlükə mənbəyi yaranır.

Son xəbərlər
Bütün xəbərlər »